Fransada etirazlar davam edir; 30 polis zabiti yaralanıb
Fransada küçə etirazları zamanı etirazçılarla toqquşmada otuz polis zabiti yaralanıb.
Fransa dövlətinin sözçüsü Benyamin Qrivo dünən deyib: Əldə olunan məlumatlara görə, Fransadakı küçə toqquşmaları zamanı 109 nəfər həbs olunub, otuz polis zabiti də yaralanıbdır.
Fransa dövləti sözçüsünün bildirdiyinə görə, etiraz və çaxnaşmalar dünən gecə də bu ölkənin müxtəlif məntəqələrində, o cümlədən Parisdə davam edib və Parisdəki küçə çaxnaşmalarını nəzarətdə saxlamaq üçün daha 107 polis qüvvəsi bu şəhərdə yerləşibdir.
Fransada yeni etiraz dalğaları bu ölkə dövlətinin ötən şənbə günündən etibarən yanacaq qiymətinin artırılması barədəki qərarına cavab olaraq davam edir.
Fransa dövləti gələn milad ilinin əvvəlindən etibarən, hər litr kerosinə vergini 6,5, hər litr benzinə vergini isə 2,9 faiz artırmaq niyyətindədir.
Əsasən Fransa xalqının orta təbəqəsindən olan aksiyaçılar bu qərarın onların alqı qüdrəti və yaşayışına qoyacağı təsirlərdən nigarandırlar.
Fransa daxili işlər nazilriyi bundan öncə bildirmişdi ki, ötən şənbə və bazar günləri keçirilən küçə etirazlarında 400-dən çox etirazçı yaralanıbdır.