Gürcüstanda prezident seçkilərinin ikinci mərhələsinə start verilib
-
Gürcüstanda prezident seçkilərinin ikinci mərhələsinə start verilib
Gürcüstanda prezident seçkilərinin ikinci mərhələsi keçirilməkdədir.
Gürcüstan xalqı bu ölkənin beşinci prezidentini seçmək üçün bu gün seçki məntəqələrində hazır olur.
Seçkilər prezidentliyə hakim partiyasnın namizədi Salome Zurabişvili ilə müxalifət partiyalarının namizədi Qriqol Vaşadze arasında keçirilir.
3 milyon 528 min 658 nəfərin səs vermək hüququna malik olduğu bildirilib.
Seçkilərin bu mərhələsində hərhansı namizəd səslərin 50 faiz üstə gəl birini əldə edə bilərsə seçkilərin qalibi elan olunacaq.
28 sentyabrda keçirilən bu seçkilərin ilk turunda Salume Zurabişvili səslərin 38.61 faizini , Qriqol Vaşadze isə 37.72 faizini qazana bilmişdilər.
2024-cü ildə, növbəti prezidentin seçilməsi parlament tərəfindən həyata keçəcək. İndi seçiləcək prezident isə 6 il müddətində vəzifədə olacaq.