Noy 29, 2018 15:02 Asia/Baku
  • Argentinada aksiya

Argentina xalqı G20 qrupunun sammit iclasına və bu iclasda Səudiyyə vəliəhdinin iştirakına qarşı etiraz aksiyası keçirib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, minlərlə argentinalı Buenos Aires küçələrində aksiya keçirərək G20 qrupunun sammit iclası və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanın da bu iclasda iştirakına qarşı olduqlarını bildiriblər.

Aksiyaçılar əllərində daşıdıqları plakatlarla G20 qrupunun layihəsini pisləyib və bu qrup üzvlərini Argentinanın təbii sərvətlərini qarət etməkdə ittihamlandırıblar.

Aksiyaçılar Bin Slmanın səfərinə etiraz nümayiş etdirmək üçün Səudiyyə Ərəbistanının səfirliyini dövrələyiblər və Bin Salmanın Yəmən xalqına qarşı qırğınları və insan haqlarını pozmasını pisləyiblər.

G20 qrupunun sammit iclası elə bir şəraitdə Buenos Airesdə keçirilir ki, səudiyyəli müxalif jurnalist Camal Qaşıqçının qətli və Səudiyyə vəliəhdinin bu iclada iştirakı iclasın Ərrəyada qarşı sorğu-sual və təzyiq məkanına çevrilə bilər.

Teqlər