Dek 01, 2018 10:35 Asia/Baku
  • Buenos-Ayresdə
    Buenos-Ayresdə "balaca Tramp" balonu havaya buraxılıb

"balaca Tramp" balonu G20 qrupunun sammit iclasının keçirildiyi Argentina paytaxtının səmasında uçurdulub.

Hill xəbər portalının verdiyi məlumata görə, 2018-ci ildə ABŞ prezidenti Donald Trampın Britaniyaya səfəri zamanı Londonda onun siyasətlərinə etiraz əlaməti olaraq uçurdulan balaca Tramp balonu bir daha Argentina paytaxtında G20 sammitinin keçirildiyi məkanda havaya buraxılıb. 

Argentina hökuməti geniş etiraz aksiyalarından nigaran qalaraq iclasın təhlükəsizliyinin təmini üçün 22 min polis cəlb edib. 

Amerika ilə Çin arasında ticarət savaşının genişlənməsi, Ukrayna və Rusiya hərbi gəmiləri arasında son günlərin toqquşması, eləcə də Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmana Yəmən xalqına qarşı qırğınları davam etdirdiyi və jurnalist Camal Qaşıqçıya qarşı cinayət işlətdiyinə görə təzyiqlərin artması G20 qrupunun Buenos-Ayres sammitinə kölgə salıb. 

Dünyanın 20 əsas iqtisadi gücü hesab olunan ölkələrin başçıları dünən Buenos-Ayresdə iki günlük iclasa start verdilər. 

Teqlər