Fransa senatı yanacaq üçün əlavə vergini ləğv etdi
Dek 04, 2018 18:10 Asia/Baku
Fransada xalq etirazlarının genişlənməsinin ardınca Fransa Senatı yanacaq üçün əlavə vergini ləğv edib.
BFM.TV internet portalının verdiyi məlumata görə, 2019-cu il üçün dövlət büdcəsində nəzərdə tutulan yanacaq üçün əlavə vergi gələn ilin yanvar ayından icra ediləcəkdi. Senatorların tövsiyəsi ilə Fransa Senatının Maliyyə Komissiyası yanacaq üçün əlavə vergini ləğv edib.
Deyilənlərə görə, Fransa hökumətinin nəzarəti altında olan Milli Məclisdə Makron hökumət Senatın bu qərarını ləğv edərək, yanacaq üçün yenidən əlavə vergi tətbiq edə bilər.
Fransa Senatının sədri Cerard Larşe xəbərdarlıq edərək, deyib Hökumət üçüncü "qara şənbə"nin baş verməsinə icazə verməməlidir.