Makron hökuməti xalqın tələblərinə təslim oldu
Fransada "Sarı Gödəkçəlilər"in etiraz aksiyasının davam etməsi ilə bu ölkə hökuməti vergilərin artırılması layihəsini ləğv etdi.
Röyters-in məlumatına görə, Fransanın baş naziri Eduardo Filippe çərşənbə günü axşam verdiyi açıqlamada deyib: Fransa hökuməti daha öncə icrasını 6 aylıq bir müddət üçün təxirə saldığı yanacağa əlavə vergi ilə bağlı qanun layihəsini tam şəkildə ləğv etdi.
Fransa hökuməti 2019-cu ilin əvvəlindən hər bir litr dizel yanacağı üçün 6.5% və hər bir litr benzin üçün isə 2.9 dollar əlavə vergi təyin etmək istəyirdi.
Bundan öncə Fransa Senatı yanacaq üçün vergilərin artırılması layihəsinin durdurulmasını istəmişdi. Bu artım 2019-cu ilin yanvar ayının birindən icra edilməli idi.
Fransa xalqının prezident Emanuel Makronun iqtisadi siyasətlərinə etirazı artıq 3 həftədir ki, davam edir və narazı kütlə indi də Makronun istefa verməsi və hakimiyyətdən getməsini istəyir.
Fransadakı son xalq etirazları 17 noyabr 2018-ci ildən başlanıb. Hər gün daha da genişlənən xalq etirazları qısa zamanda bütün ölkəni bürüyüb. Hətta, Hollandiya və Belçika kimi digər Avropa ölkələrinə də yayılıb.