Dek 08, 2018 11:01 Asia/Baku
  • Fransa təhsil naziri şok olduğunu deyib
    Fransa təhsil naziri şok olduğunu deyib

Etirazçı məktəblilərin saxlanıldıqdan sonra polis tərəfindən əhatə olunduqlarını əks etdirən videolar fransızları şok edib

Frans24 telekanalı dünən gecə bildirib ki, cari həftədə Fransa xalqının hökumətin iqtisadi siyasətlərinə qarşı etirazlarında yeni hadisə məktəbli hərəkatı olmuşdur. 

Bu barədə yayılan videoda Parisin ətrafında saxlanılan etirazçı məktəblilər müşahidə olunur. 

Bu videolar cümə axşamı yayılıb və orada saxlanılan məktəblilər yerdə oturulub və əllərini başları üzərinə qoyublar. 

Fransanın təhsil naziri Jan Mişel Blanke bu hadisəyə reaksiyada deyib: Məktəblilərin videosunu gördükdə şok olub. Buna baxmayaraq nazir durumu başa düşməyə çağırıb. 

Fransa təhsil naziri deyib: Yayılan video ona təsir edib və o məsələyə aydınlıq gətirilməsi üçün çalışacaq. 

Fransa polisi öncə bildirmişdi ki, təhsil sistemində islahat layihəsinə qarşı etiraz edən 32 tələbə və məktəblini həbs edib. 

Məktəblilərin etirazları sarı gödəkçəlilər aksiyası çərçivəsində həyata keçib. 

Teqlər