Dek 09, 2018 21:30 Asia/Baku
  • "Sarı gödəkçəlilər" yenidən meydanlara axın etdilər

Fransa hökumətinin “Sarı Gödəkçəlilər”in tələbi qarşısında təslim olaraq, yanacaq üçün əlavə vergini ləğv etməsinə baxmayaraq, etiraz aksiyaları səngimək bilmir. Narazı kütlə indi də Makronun istefa verməsini istəyir.

Şənbə günü Fransada yenidən alovlanan etiraz aksiyaları bu gün səhər saatlarına kimi davam edib.

Gecə saat 12-dir və bur Parisin mərkəzidir. Arxamda gördükləriniz zirehli polis maşınlarıdır. Bütün küçələr hazırda polisin nəzarəti altındadır.

Artıq dördüncü şənbə günüdür ki, fransızlar küçələrə axışaraq, prezident Emanuel Makronun siyasətlərinə etiraz edirlər. Başda paytaxt Paris olmaqla Fransanın Nant, Bordo və Marsey kimi iri şəhərləri də geniş xalq etirazlarının şahididir.

Aksiya iştirakçılarından biri deyir: “Sarı gödəkçəlilər”in Makron hökumətindən bir əsas sualı var: Nə üçün onlara yalan söyləyir”.

Fransa Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, son etiraz aksiyalarında 1500-dən çox nəfər yaralanıb və ya polis tərəfindən saxlanılıb. Amma, “Sarı Gödəkçəlilər” cərəyanı elan edilmiş rəsmi rəqəmlər ilə razılaşmayaraq, rəqəmin həddən artıq yüksək olduğunu bildirir.

Aksiya iştirakçılarındna biri deyib: Bu gün polis var gücü ilə meydana çıxmışdı. Zirehli maşınlar, gözyaşardıcı qazlar və su şırnaqları. Başlıcası polisin vəhşiliyə əsaslanan rəftarıi di. Amma, bunlar xalqı qorxutmur.

Prezident Emanuel Makron isə bir daha Tvitter-də paylaşdığı mesajda Fransa polisinin etirazçılara qarşı rəftarını alqışlayıb. Bu isə onsuz da əsəbi olan narazı kütlənin qəzəb odunu daha da alovlandırıb. Və sosial şəbəkələrdə Makron hökumətinə qarşı mübarizədə daha qətiyyətli olacaqlarına dair mesajlar paylaşıblar.

 

 

Teqlər