Dek 11, 2018 21:30 Asia/Baku
  • Makronun vədləri Fransa xalqını qane etmədi
    Makronun vədləri Fransa xalqını qane etmədi

Fransa prezidenti ölkəni bürüyən xalq etirazlarını cilovlamaq üçün, dünən axşam televiziya vasitəsilə etdiyi çıxışında xalqa bəzi vədlər verdi. Mətbuat bu çıxışı Makronun tarixi çıxışı adlandırdı. Xalq isə özünü qarşıdan gələn şənbə günündə etirazların beşinci dalğasına hazırlayır.

Bu çıxış da sosial-iqtisadi ədalətsizliyə etiraz edən “Sarı gödəkçəliləri” qane edə bilmədi.

Fransa prezidenti 4 həftə sürən sükutun ardınca, nəhayət dünən axşam televiziya vasitəsilə etdiyi 13 dəqiqəlik çıxışda ölkədə yaranmış böhrandan çıxış yolu olaraq 4 iqtisadi həll yoluna malik olduğunu deyib: “2019-cu ildən minimum əmək haqqı 100 avro artırılacaq. Əlavə iş saatları vergidən azad ediləcək. Bütün işçilərə ilin sonunda 13-cü əmək haqqı veriləcək. Və təqaüdçülər üçün əlavə güzəştlər nəzərdə tutulacaq.”

“Sarı gödəkçəlilər” cərəyanının Makronun bu sözlərinə xüsusilə hər ay əlavə olaraq 100 avronun ödənilməsi barədə dediklərinə reaksiyası isə rişxəndlə  yanaşı olan gülüş olub. Küçə və xiyabanlardakı narazı kütlə də Macronun çıxışını diqqətlə izləməklə məşğul idi: “Kapitalizm əleyhinə etirazlara qarşı istənilən növ təhqir və zorakılıq ilə yanaşı olan 4 həftəlik sükut. Bizim problemlərimiz, öncədən lentə alınmış bir neçə dəqiqəlik çıxışın televiziyadan efirə verilməsi ilə həll ediləsi deyil. Cənab Makron elə təsəvvür edir ki, bir tikə çörək ilə xalqın ağzını yuma biləcək.”

Müxalifətdə olan siyasi partiyalar da dərhal reaksiya veriblər. Onlar Makronun bu hərəkətini fırıldaqçılıq və xalqın cibindən xalqın özünə xərcləmək hesab ediblər: “Bu bir növ fırıldaqçılıqdır. Makron bu etiraz aksiyasının qurbanlarına heç bir işarə etmədi. Makron xalqın öz pulunu xalq arasında paylamaqla xalqı sakitləşdirməyə çalışır. Xalqın sosial-iqtisadi ədalətsizliyə qarşı etirazları nəzarət ediləsi deyil. Makron bu kimi vədlər ilə dərin kökləri olan xalq etirazlarını cilovlaya biləcəyini təsəvvür edir.”

Fransada sosial-iqtisadi ədalətsizliyə etiraz edən narazı kütlə də sosial şəbəkələrdə Makronun sözlərinə reaksiya olaraq “biz prezidentin və nazirlər kabinetinin istefa verməsini istəyirik” deyə bildiriblər.

 

 

 

Teqlər