Dek 15, 2018 18:09 Asia/Baku
  • Fransada beşinci
    Fransada beşinci "qara şənbə"; 60 nəfər saxlanıldı

Frandada "sarı gödəkçəlilər"in etiraz aksiyalarının beşinci həftəsində, hökumətin etiraz aksiyalarının dayandırılmasını istəməsinə rəğmən, xalq küçələrə axışdı.

İRNA-nın məlumatına görə, etiraz aksiyalarının davamında bu gün də paytaxt Parisdə və digər şəhərlərdə yüzlərlə insan küçələrə çıxaraq, kapitalizm quruluşu və aksiya iştirakçılarının həbs edilməsi əleyhinə şüarlar verib, Fransa hökumətinin sosial-iqtisadi siyasətlərinə etiraz edib.

Bu məlumata görə, aksiya iştirakçılarından təqribən 60 nəfər polis tərəfindən saxlanılıb. Şanzelize prospektindəki metro stansiyaları da bağlanıb.

Fransa prezidenti Emanuel Makronun öz mövqeyindən geri çəkilməsinə və qəzəblənmiş xalq kütləsini sakitləşdirmək üçün bir sıra vədlər verməsinə baxmayaraq, "sarı gödəkçəlilər" hələ də etiraz aksiyalarını davam etdirirlər.

Bu, Emanuel Makronun prezidentliyi dövründə üzləşdiyi ən ciddi böhrandır.

Fransada 17 noyabr 2018-ci ildə başlanan etiraz aksiyaları çox sürətlə bütün ölkəni bürüyərək, bir sıra digər Avropa ölkəsinə o cümlədən Belçika və Hollandiyaya da sirayət etdi.

Fransa polisinin aksiya iştirakçılarına qarşı zorakılıqları indiyə kimi 4 nəfərin həlak olmasına səbəb olub.

Teqlər