Dek 17, 2018 11:13 Asia/Baku
  • Macarıstanda hökumət əleyhinə aksiya
    Macarıstanda hökumət əleyhinə aksiya

Minlərlə nəfər Macarıstan hökumətinin siyasətlərinə etiraz olaraq artıq dörd gündür ki, aksiyalar təşkil edirlər.

Asoşeyted Press-in bildirdiyinə görə, dünən axşam paytaxt Budapeştdə keçirilən bu etiraz aksiyasında iştirak edənlər əmək qanununa edilən dəyişikliklərin parlamentdə təsdiq edilməsinə qarşı çıxıblar. 

Sayları 10 min nəfərə çatan aksiya iştirakçıları Parlament binası qarşısında bir araya gələrək, hökumət əleyhinə şüarlar veriblər. 

Macarıstan polisi aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə edib. 

Macarıstanın baş naziri Viktor Orban və onun nazirlər kabineti tərəfindən əmək qanununa edilən dəyişiklik layihəsi dünən Macarıstan parlamentində təsdiq edilib. 

Fəhlə sindikatları yeni əmək qanunun "quldarlıq qanunu" adlandırırlar. 

Macarıstan hökuməti bu etiraz aksiyasının Fransa, Hollandiya və Belçikada olduğu kimi "Sarı gödəkçəlilər"in etiraz aksiyasına çevrilməsindən nigarandır. 

Teqlər