Dek 24, 2018 12:34 Asia/Baku
  • Krım BMT Baş Assambleyasının qətnaməsinə reaksiya verdi
    Krım BMT Baş Assambleyasının qətnaməsinə reaksiya verdi

Krımın yerli hakimiyyətinin baş nazir müavini BMT Baş Assambleyasının Krımda insan haqlarının pozulmasına dair qətnaməsinə reaksiya olaraq, BMT-nin Krıma monitorinq heyəti göndərməsini və bu məntəqədə insan haqlarının durumu ilə yaxından tanış olmasını istəyib.

İRNA-nın məlumatına görə, Krımın yerli hakimiyyətinin baş nazir müavini Yefim Fiks BMT-nin Baş Assambleyasında Rusiyanı Krımda insan haqlarını pozmaqda ittiham edən qətnamə layihəsinin qəbul edilməsinin ardınca deyib: Ukrayna tərəfindən hazırlanan və Rusiyanı Krımda insan haqlarını pozmaqda ittiham edən qətnamə layihəsinin lehinə səs verən ölkələrin nümayəndələri ilk öncə bu məntəqəyə səfər etməli, daha sonra insan haqları barədə qərar verməlidirlər. 

Yefim Fiks Krım hökumətinin BMT-nin monitorinq heyətinin bu məntəqəyə baxış keçirməsinə lazımi şərait yaratmağa hazır olduğunu da deyib. 

BMT-nin Baş Assambleyası şənbə günü Ukraynanın təklif etdiyi qətnamə layihəsini 65 lehinə, 27 əleyhinə və 70 bitərəf səs ilə qəbul etdi. 

2014-cü ildə Ukraynada qərb yönlü müxalifətin iqtidara gəlməsinin ardınca ölkə Rusiya tərəfdarı olan qüvvələr ilə mərkəzi hökumət arasında qarşıdurmaların şahidi oldu. Bu da Ukrayna ilə Rusiya münasibətlərində gərginliyin artmasına səbəb oldu. Daha sonra Krımın Rusiyaya birləşdirilməsi Kyev-Moskva əlaqələrini qırılma nöqtəsinə gətirdi. 

Krımın Rusiyaya birləşdirilməsinin ardınca ABŞ və Qərb Rusiya və Krımda fəaliyyət göstərən rus şirkətlərinə qarşı sanksiyalar tətbiq etdilər. 

Teqlər