Gürcüstan Parlamenti "hicaba qadağa qanunu" layihəsini təsdiq etmədi
https://azeri.sahartv.ir/news/dünya-i331181-gürcüstan_parlamenti_hicaba_qadağa_qanunu_layihəsini_təsdiq_etmədi
Gürcüstan Parlamentinin üzvləri ictimai məkanlarda çadra və niqabdan istifadəni qadağan edən qanun layihəsinə qarşı çıxdılar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2018 08:48 Asia/Baku
  • Gürcüstan parlamenti
    Gürcüstan parlamenti

Gürcüstan Parlamentinin üzvləri ictimai məkanlarda çadra və niqabdan istifadəni qadağan edən qanun layihəsinə qarşı çıxdılar.

İRNA-nın məlumatına görə, Gürcüstan Parlamentinin İnsan Haqları Komissiyasının sədri Sofiya Kiladze bildirib: İctimai məkanlarda çadra və niqabdan istifadəni qadağan edən qanun layihəsi parlamentin çərşənbə günü keçirilən iclasında qəbul edilmədi. 

Gürcüstan Parlamentinin İnsan Haqları Komissiyasının sədri bu layihə ilə bağlı 21 yanvar 2019-cu il tarixində yenidən iclas təşkil ediləcəyini bildirib və deyib: dini və məzhəbi layihələri araşdırmaq üçün xüsusi işçi qrupu yaradılacaq. 

Gürcüstan Parlamentinin üzvü Anri Uxanaşvili parlamentin iclasında deyib: Gürcüstan ictimaiyyəti bir neçə etnosa malik olan bir cəmiyyətdir və hamı bir-birinin haqq və hüquqlarına hörmət etməlidir. 

Gürcüstan Parlamentinin bir qrup üzvü 2018-ci ilin sentyabrında ictimai məkanlarda çadra və niqabdan istifadənin qadağan edilməsinə dair qanun layihəsi hazırlayaraq, parlamentə təqdim edib.