Yan 06, 2019 12:45 Asia/Baku
  • Fransalı etirazçılar bu ölkə hökuməti sözçüsünün mənzilinə hücum ediblər
    Fransalı etirazçılar bu ölkə hökuməti sözçüsünün mənzilinə hücum ediblər

Fransalı etirazçılar dünən gecə bu ölkə hökumətinin sözçüsü Benjamen-Blez Qrivonun mənzilinə hücum ediblər.

Benjamen-Blez Qrivo cümə günü Fransa nazirlər kabinetinin yeni milad ilindəki ilk iclasından sonra fransalı etirazçıları "iğtişaşçı" adlandırıb və vurğulayıbdır ki, onlar hökuməti devirmək niyyətindədirlər.

Qrivonun bu sözləri fransalı etirazçıları hiddətləndiribdir.

Ötən həftələrdə Paris küçələri polis qüvvələrinin fransalı etirazçılarlarla kobud toqquşmaları səhnəsi olubdur.

Etirazlar əvvəlcə Fransa prezidenti Emmanuel Makronun xüsusən yanacaq və vergi sahəsindəki iqtisadi siyasətlərinə reaksiyada başlanıb, amma sürətlə siyasi mahiyyət kəsb edibdir.

Bu ölkə hökuməti ötən həftələrdə özünün bəzi siyasətlərindən geri çəkilib, fəhlələr və təqaüdçülərə daha çox büdcə ayıraraq, yaranmış böhranı idarə etməyə çalışıb, amma bu yolda uğur qazanmayıbdır.

Etirazçılar hazırda Makronun istefasını tələb edirlər.

Teqlər