Yan 06, 2019 19:18 Asia/Baku
  • Almaniya nüvə müahidəsinə dəstək verib
    Almaniya nüvə müahidəsinə dəstək verib

Almaniyanın xarici işlər naziri “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nı Avropanın təhlükəsizliyi üçün zəruri və önəmli adlandırıb.

Almaniyanın xarici işlər naziri Hayko Mas “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nın bitməsi barədə xəbərdarlıq edib və deyibdir ki, belə bir durum Avropanın təhlükəsizliyinə təsir göstərəcəkdir.

Hayko Mas əlavə edib: “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması” bir neçə on il müddətinə Avropanın təhlükəsizliyinin təminində təsirli olubdur.

“Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması” 1987-ci ildə ABŞ və SSRİ-nin ozamankı prezidentləri tərəfindən imzalanıbdır.

Amerika prezidenti Donald Tramp bundan öncə demişdi ki, Rusiya “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”nı pozubdur, buna görə, Vaşinqton bu razıaşmadan çıxacaqdır.

Rusiya prezidenti Vladimir Putin vurğulayıbdır ki, Amerikanın bu razılaşma ilə bağlı atacağı hər bir addım oxşar hərəkətlə cavablandırılacaqdır.

Teqlər