Yan 10, 2019 00:08 Asia/Baku
  • Tramp divar üçün büdcənin təmin edilməsində israrlıdır

ABŞ prezidenti hökumətin fəaliyyətini yenidən bərpa etməsini Meksika ilə sərhədlərin divar ilə bağlanması üçün büdcənin təmin edilməsi ilə şərtləndirib.

İRNA-nın məlumatına görə, ABŞ prezidenti Donald Tramp demokratları Meksika ilə sərhədlərə divarın çəkilməsini maliyyələşdirməkdən boyun qaçırtmaqda ittiham edərək, deyib: Hökumətin fəaliyyətini bərpa etməsinin yeganə yolu sərhədləri müdafiə edən büdcə layihəsinin təsdiq edilməsidir. 

Tramp Meksika ilə sərhədlərin polad baryerlər ilə bağlanması üçün 5.7 milyard dollar büdcə tələb edir. O, hökumətin tətil edilməsinin səbəbini bu büdcənin təmin edilməsində Ağ Ev ilə Konqres arasında yaranmış ixtilaflar elan edib. 

ABŞ prezidenti bir daha iddia edib ki, Meksika ilə sərhədlərdə təhlükəsizliyin təmin edilməsi üçün polad baryerə ehtiyac var. 

Ağ Ev ilə Konqres arasındakı müzakirələrin nəticəsiz qalmasının ardınca Donald Trampı 22 dekabr 2018-ci il tarixində hökumətin fəaliyyətini qismən dayandırdı. 

Teqlər