Yan 13, 2019 09:46 Asia/Baku
  •  jiletlilər Fransa parlamentinin üzvlərini ölümlə hədələyiblər
    jiletlilər Fransa parlamentinin üzvlərini ölümlə hədələyiblər

Fransa dövlətinin iqtisadi siyasətlərinə qarşı çıxanlar bu ölkə parlamentinin bəzi üzvlərinə hədələyici ismarıclar göndərərək, onları ölümlə hədələyiblər.

Fransa mediaları dünən bildiriblər ki, keçən iki ay ərzində "sarı jiletlilər" adı ilə tanınan etirazçılar müxtəlif üsullarla bu ölkə parlamentinin üzvlərini ölümlə hədələyiblər.

Sarı gödəkçəlilər tərəfindən Fransa parlamenti üzvlərinin həyatlarının hədələnməsi xəbərinin yayılması elə bir halda baş verir ki, dünən və bu ölkədəki anti-hökumət aksiyalarının doqquzuncu həftəsində bütün Fransada səksən min təhlükəsizlik qüvvəsi hazır vəziyyətə gətirilibdir.

Fransa 2018-ci il noyabrın 17-dən bu ölkə dövlətinin siyasətlərinə qarşı xalq etirazlarının şahididir.

Teqlər