Brexit tərəfdarları və əleyhdarları aksiya keçiriblər
İngiltərənin Avropa Birliyindən çıxması- Brext-in tərəfdarları və əleyhdarları Londonda aksiya keçiriblər.
Hər iki aksiyanın iştirakçıları fransalı etirazçılardan nümunə götürərək, sarı gödəkçələr geyinibmişlər.
İngiltərənin Avropa Birliyinə üzvlüyünün davam etməsini himayə və dövlətin sərt iqtisadi siyasətlərinə son qoyulmasını tələb edən bir qrup ümumölkə seçkilərinin keçirilməsini istəyib, digər qrup isə bu ölkənin tez bir zamanda Avropa Birliyindən çıxmasına israr edibdir.
İngiltərə dövlətinin sərt iqtisadi siyasətlərinə qarşı çıxanların əllərində, üzərlərində "Ümumölkə seçkiləri keçirin!", "Mühafizəkarları qovun, getsin!" və "Tereza Mey getməlidir!" şüarları yazılmış plakatlar olubdur.
Digər tərəfdən, ekstremist sağ təmayüllü qrupların aksiyası da Londonda ümumi nəqliyyatın fəaliyyətinin bir müddət pozulmasına səbəb olubdur.
İngiltərənin Avropa Birliyindən çıxması- Brext-in tərəfdarları və əleyhdarlarının Londonda aksiya keçirmələri elə bir haldadır ki, İngiltərə parlamenti üzvlərinin çərşənbə axşamı günü bu ölkənin baş naziri Tereza Meyin brexit layihəsinə səs verməmələri gözlənilir.