Amerikalı qadınların Tramp əleyhinə aksiyası
https://azeri.sahartv.ir/news/dünya-i332925-amerikalı_qadınların_tramp_əleyhinə_aksiyası
Yüz minlərlə qadın Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində ardıcıl olaraq üçüncü ildir ki, prezident DOnald Trampın siyasətlərinə etiraz olaraq aksiya keçirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 20, 2019 09:06 Asia/Baku
  • Amerikalı qadınların Tramp əleyhinə aksiyası
    Amerikalı qadınların Tramp əleyhinə aksiyası

Yüz minlərlə qadın Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində ardıcıl olaraq üçüncü ildir ki, prezident DOnald Trampın siyasətlərinə etiraz olaraq aksiya keçirir.

İRİB-nin verdiyi məlumata görə, müxtəlif təbəqədən olan qadınlar Vaşinqtonda və digər şəhərlərdə küçələrə axın edərək, ABŞ hökumətinin onların problemlərinə laqeyd yanaşmasına etiraz ediblər. 

Bu ardıcıl olaraq üçüncü ildir ki, qadınlar sosial ədalətsizliyə etiraz olaraq aksiya keçirirlər. 

Trampın Ağ Evə daxil olduğu zamandan müxtəlif təbəqədən olan insanlar o cümlədən qadınlar onun siyasətlərinə etiraz edirlər. 

Rəy sorğularına əsasən Amerikada qadınlar arasında Trampın siyasətlərinə qarşı etirazlar daha çoxdur.