Yan 30, 2019 20:44 Asia/Baku
  • Tramp impiçment edilməsindən nigarandır
    Tramp impiçment edilməsindən nigarandır

2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Rusiyanın müdaxiləyə malik olmasına dair qalmaqal səngimir və ötən hər gün Trampın ətrafını saran çəmbər daha da daralır.

ABŞ Konqresinin bəzi üzvləri inspektor Müllerdən hesabatını, hazır olduğu zaman ictimailəşdirməsini istəyiblər. Rusiyanın kimin vasitəsilə və hansı miqyasda 2016-cı il prezident seçkilərində müdaxiləyə malik olduğundan hamını xəbərdar etmək üçün. Trampın müxalifləri yapbozun tez bir zamanda təkmilləşməsini istəyirlər.

Ağ Evdəki məlumatlı mənbələr isə medialara Trampın impiçment edilməsi ehtimalından nigaran olduğunu sızdırıblar.

Rusiya ilə gizli əlaqələrdə ip ucları ən yaxınlarına, hətta, Trampın özünə qədər uzanır.

Hətta, Tramp bütün bunları inspektor Müllerin küdurətindən doğan qarabasmalar adlandırsa və Hillari Klintonun həbs edilməsini istəsə belə.

Yazıçı – analitik Conatan Tesini: “Qənaətimə görə Trampın özü də artıq prezident olmaq istəmir. Göydələnləri, köhnə dostları və keçmiş həyatı üçün darıxıb.”

Mövcud vəziyyətdən razı olanlardan biri isə Berni Sandersdir. 2020-ci il seçkilərinin potensial namizədi.

Trampı da Niksonun taleyinə düçar etmək istəyirlər. Trampın impiçment edilməsi əlçatmaz deyil. Müxalifləri isə təzyiqləri artırmaqla Trampın könüllü şəkildə növbəti seçkilərdə iştirakdan imtina etməsinə nail olmaq istəyirlər.

Baxmayaraq ki, bəzi rəy sorğularına görə Tramp iqtisadiyyat sahəsində verdiyi vədlərə qismən də olsa əməl edib.

Demokratlar isə inspektor Müllerin hesabatını gözləyir və bununla da yapbozun tamamlanacağına ümid edirlər.

 

Teqlər