Fev 19, 2019 09:35 Asia/Baku
  • İŞİD-çilərin mühakiməsini istəyib
    İŞİD-çilərin mühakiməsini istəyib

Almaniyanın müdafiə naziri Bild nəşri ilə müsahibədə alman terrorçuların Suriyadan geri qaytarılmaları və onların bu ölkədə mühakimə edilmələri vacibliyini vurğulayıb.

Ursula Von Der Leyen dünən əlavə edib: Almaniya vətəndaşları kimi terrorçuları Almaniyaya gətirərək, burada mühakimə etmək kimi məsuliyyətə malikik.

Almaniyanın müdafiə naziri İŞİD terrorçularının mühakimə edilmələri imkanı barədə belə əlavə edib: Bu məsələnin iki cəhəti var: Bir tərəfdən, bu şəxslərin azad şəkildə ölkəyə qayıtmalarını istəmirik və əslində onları yenidən qəbul etmək niyyətində deyilik, digər tərəfdən isə onların Suriya və İraqda törətdikləri cinayətlər barədə faktlar və sənədlər mövcud deyil- bu üzdən, onlara qarşı məhkəmə işi qaldırmaq olmaz.

Almaniyanın müdafiə naziri vurğulayıb: Almaniyadan geri dönmələrindən sonra terrorçulara qarşı məhkəmə prosesi elə aparılmalıdır ki, bir nəticə vermiş olsun.

Teqlər