Fev 20, 2019 19:04 Asia/Baku
  • Pakistan və Hindistan bir-birilərinə meydan oxuyublar
    Pakistan və Hindistan bir-birilərinə meydan oxuyublar

Hind zabitləri daşıyan avtobusa qarşı terror hücumunun ardınca Yeni-Dehli ilə İslamabad arasındakı höcətləşmə şiddətlənib və hər iki tərəf qarşı tərəfə meydan oxuyaraq, bir-birilərini cavab addımları ilə hədələyiblər.

Fevralın 14-də Kəşmir sərhədi yaxınlığında Hindistanın polis zabitlərini daşıyan avtobusa qarşı bir terror əməliyyatında 40 nəfər ölüb. “Ceyşi Muhəmməd” terror qrupu bu kamikadze partlayışının məsuliyyətini üzərinə götürübdür. Hindistan dövləti Pakistanı bu qrupu himayə etməkdə və həmin hücumda əli olmaqda ittiham edibdir. Hindistanın baş naziri Narendra Modi təhdid edib ki, Kəşmir terror hücumu onun səbəbkarlarına baha başa gələcək. Hindistan ordusunun münaqişəli Kəşmir məntəqəsindəki komandanı general Deliven də dünən bildirib:

General Deliven: Hindistanın nəzarəti altında olan Kəşmir məntəqəsindəki son terror hücumu Pakistan ərazisindən və Pakistan hərbi kəşfiyyat təşkilatının komandanları və “Ceyşi Muhəmməd” terror qrupunun başçıları tərəfindən istiqamətləndirilibdir. “Ceyşi Muhəmməd” terror qrupunun başçısı Kamran adlı bir pakistanlı olubdur ki, hind qüvvələr tərəfindən öldürülbdür.

Qiyamçı qruplar, o sıradan “Ceyşi Muhəmməd” terror qrupu bir neçə on ildir ki, bu çaxnaşmalı məntəqədə hind hərbçilərlə vuruşurlar. Bu savaşda məqsəd, istiqlal əldə etmək və ya Pakistana qatılmaqdır. Pakistan bu hücumu pisləyib və onda əlinin olmasını rədd edibdir.

İmran xan- Pakistanın baş naziri: Biz Pakistanın bir neçə gün bundan öncə Kəşmir məntəqəsində hind hərbçilər karvanına qarşı ölümcül hücum ilə hər cür əlaqəsini rədd edirik və İslamabad lazım olan təqdirdə Hindistanın hücumçu mövqelərinə cavab verəcəkdir. Əgər siz Kəşmirdə baş verən hər bir hadisəyə görə, Pakistanı müqəssir bilməyin ardınca və bizə hücum fikrindəsinizsə, biz dərhal onun əvəzini çıxacağıq.

Pakistanın Əfqanıstandakı səfiri Zahid Nəsrullah Hindistanın ölkəsinə qarşı ittihamlarına reaksiya verib.

Zahid Nəsrullah: Əgər Hindistan son Kəşmir hücumuna görə, cavab addımı atmaq istəyərsə, Amerika ilə Taliban yarımhərbçiləri arasında sülh müzakirələri təsir altına düşəcəkdir. Qərar üzrə Talibanın nümayəndələri və ABŞ-ın Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi fevralın 25-də Qətərdə görüşməlidirlər.

Digər tərəfdən, Pakistanın xarici işlər naziri Şah Məhmud  Qureyşi BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək, bu təşkilatdan iki ölkə arasındakı gərginliyin həlli üçün kömək istəyibdir.

BMT-nin baş katibi Antonio Quterreş İslamabadın xahişinə cavabda bildirib ki, bu təşkilat ciddi nigarançılığa səbəb olan Yeni-Dehli ilə İslamabad arasındakı son gərginlikləri aradan qaldırmaq hədəfi ilə vasitəçilik etməyə hazırdır.

Hindistanla Pakistan arasındakı gərginlik Kəşmir zorakılıqlarına və yarımhərbçilərin ordunun Hinidistanın şimalındakı bazasına hücumuna görə, ötən iki ildən bəri artıbdır. Hindistan Pakistanı Hindistana qarşı olan yarımhərbçi qrupların və terrorizmin himayədarı hesab edir, amma Pakistan Hindistana qarşı terror hücumlarındakı rolunu daim rədd edibdir.

 

Teqlər