Kəşmirlilər səud vəliəhdinin Hindistana səfərinə etiraz ediblər
Fev 20, 2019 20:03 Asia/Baku
Camu və Kəşmir əhalisi Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Hindistana səfərinə etiraz olaraq aksiya keçirib.
Camu və Kəşmir əhalisindən yüzlərlə nəfər Ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın Hindistana səfərinə qarşı aksiya keçirərək, ali-səud rejimini regionda terrorçuların himayədarı adlandırıbdır.
Kəşmirli aksiyaçılar ali-səud rejiminə qarşı şüarlar verərək, bu rejimin Yəmən xalqına qarşı hücumlarının dayandırılmasını istəyiblər.
Dünən də bin Salmanın Hindistana səfəri ərəfəsində Yeni-Dehli və bir neçə digər şəhər xalqın Muhəmməd bin Salmanın səfərinə qarşı aksiyalarının şahidi olubdur.
Ərəbistan vəliəhdi Pakistan səfərini başa vurduqdan sonra dünən gecə Yeni-Dehliyə daxil olubdur.