Ermənistanın regiondakı yeni hərbi kursu
https://azeri.sahartv.ir/news/dünya-i335660-ermənistanın_regiondakı_yeni_hərbi_kursu
Ermənistanın müdafiə naziri İrəvanın hücum silahları almağa başladığından xəbər verərək, deyib: Ermənistan ordusu müdafiə mövqeyində qalmaq istəmir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 27, 2019 08:10 Asia/Baku
  • Ermənistanın regiondakı yeni hərbi kursu
    Ermənistanın regiondakı yeni hərbi kursu

Ermənistanın müdafiə naziri İrəvanın hücum silahları almağa başladığından xəbər verərək, deyib: Ermənistan ordusu müdafiə mövqeyində qalmaq istəmir.

İranın Teleradio Təşkilatının Erməni Radiosu-nun bildirdiyinə görə, Ermənistanın müdafiə naziri David Tonoyan deyib: Sadəcə müdafiə mövqeyində olan ordu, məğlubiyyətə məhkumdur. Buna görə də Ermənistan müdafiə mövqeyində qalmaq istəmir. 

Tonoyan İrəvanın son zamanlar Moskvadan aldığı "Su-30" qırıcılarına işarə edərək, dedi: Ermənistan Azərbaycan Respublikası ilə hərbi balans yaratmaq ardınca deyil. Çünki, bunu mənasız iş hesab edir.