Tramp öz dövlətinin fəaliyyəti haqdakı iddiasını təkrar edib
https://azeri.sahartv.ir/news/dünya-i336602-tramp_öz_dövlətinin_fəaliyyəti_haqdakı_iddiasını_təkrar_edib
ABŞ prezidenti bir daha iddia edib ki, onun dövləti ötən iki ildə bu ölkədəki hər bir dövlətdən daha çox nailiyyətə malik olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 10, 2019 16:59 Asia/Baku
  • Tramp öz dövlətinin fəaliyyəti haqdakı iddiasını təkrar edib
    Tramp öz dövlətinin fəaliyyəti haqdakı iddiasını təkrar edib

ABŞ prezidenti bir daha iddia edib ki, onun dövləti ötən iki ildə bu ölkədəki hər bir dövlətdən daha çox nailiyyətə malik olubdur.

Donald Tramp bir twitt-də bir daha amerikan medialara qarşı mövqe tutub və belə yazıb: Amerika siyasətinin tarixində ən pozğun və ən tərs mediaların olmasına rəğmən, Tramp dövləti öz fəaliyyətinin ilk ilində bu ölkədəki hər bir digər dövlətdən daha çox nailiyyətə malik olubdur.

Tramp bu twitt-də Amerikada işsizlik göstəricisinin azalması və iqtisadi durumun yaxşılaşmasını öz dövlətinin nailiyyətlərindən adlandırıb.

Tramp başqa bir twitt-də Amerikada işləyənlərin sayının artmasına toxunaraq, bu miqdarı bu ölkə tarixində maksimum rəqəm adlandırıb və iddia edib ki, bu gün Amerikada 185 milyon nəfər işlə məşğuldur.