Tramp Avropa mallarına ağır tariflərin tətbiq ediləcəyi ilə hədələyib
ABŞ prezidenti İrlandiya Respublikasının baş naziri ilə görüşündə bildirib ki, Avropa Birliyi Vaşinqtonla ticarət müzakirələrinə daxil olmazsa Amerika Avropa mallarına ağır tariflər tətbiq edəcək.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp dünən Vaşinqtonda İrlandiyanın baş naziri Leo Varadkar ilə görüşündə Avropanı hədələyərək deyib: Avropalılar Vaşinqtonla ticarət müzakirələrinə başlamalıdırlar.
Tramp deyib: Əks təqdirdə Amerika Avropaya qarşı ağır iqtisadi nəticələrə gətirib çıxaracaq tədbirlər həyata keçirəcək.
Tramp Britaniyanın AB-dən çıxmasını da bir çox ölkələrin uzaqlaşması amili hesab edərək deyib: Bu mövzunun beləcə getməsi utandırıcıdır.
ABŞ prezidenti Breksit müzakirələrinin çox pis getdiyini bildirərək iddia edib ki, vaxtı ilə o Britaniyanın baş naziri Tereza Meyə necə muzakirə aparmalı olduğunu deyib ancaq Mey onun sözünü dinləməyib.
Tramp həmçinin Breksit müzakirələrinin dalana dirənməsində AB-nin məsuliyyət daşıdığını deyib.