Mart 18, 2019 12:55 Asia/Baku
  • Sarı jiletlilərlə mübarizə üşün yeni tədbirlər görülür
    Sarı jiletlilərlə mübarizə üşün yeni tədbirlər görülür

Fransanın baş naziri bu ölkədə “sarı jiletlilər” adlı anti-kapitalizm aksiyaları ilə mübarizə üçün yeni təhlükəsizlik tədbirlərinin görülməsi üzrə layihənin təqdimindən xəbər verib.

Fransanın baş naziri Edvard Filipp bir bəyanatda bildirib ki, nazirlər kabineti üzvlərinin təhlükəsilzik iclasına və bu ölkədə sarı gödəkçəlilərin etirazlarının şiddətlənməsinə görə, o, bazar ertəsi günü etirazlarla mübarizə üçün yeni təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində bir layihə təqdim etməlidir.

Fransa baş naziri ofisinin bəyanatının davamında deyilir: Son döyüş və zorakılıqlar göstərdi ki, təhlükəsizlik tədbir və tərtibatları yetərsizdir.

Fransa prezidenti Emmanuel Makron da sarı gödəkçəlilərin şənbəgünkü aksiyalarından hiddət ifadə edərək, bu aksiyanın iştirakçılarını cinayətkar adlandırıbdır.

Fransada “sarı jiletlilər” adlı anti-kapitalizm aksiyaları elə bir halda martın 16-da özünün 18-ci həftəsinə daxil oldu ki, fransız medialar onu öncəki şənbələrdən daha kobud elan etdilər.

Həmçinin Paris aksiyalarında polis qüvvələri ilə etirazçılar arasındakı döyüşlər zamanı 192 nəfər həbs olunubdur.

Parisin və Fransanın müxtəlif şəhərlərinin küçələri 2018-ci il noyabr ayının ortalarından polis qüvvələri ilə etirazçılar arasında kəskin döyüşlər səhnələridirlər.

Etirazlar öncə Fransa prezidenti Emmanuel Makronun xüsusən yanacaq və vergi sahəsindəki iqtisadi siyasətlərinə reaksiyada başlandı, amma sürətlə siyasi cəhət əldə etdi.

 

 

Teqlər