Almaniyada on terrorçu həbs olunub
Almaniyanın məhkəmə aparatı dünən bu ölkədə on nəfərin həbs olunmasından xəbər verib. Bu şəxslər terror əməliyyatları keçirməyə cəhddə ittiham olunurlar.
Almaniyanın məhkəmə aparatı bildirib ki, bu on nəfər avtomobil və silahdan istifadə edərək, hücumlar həyata keçirməyi planlaşdırırmışlar.
Qeyd olunan şəxslər Frankfurt şəhərinin ətrafında yaxalanıblar.
Alman mənbələrin bildirdiklərinə görə, bu şəxslər silah satıcıları ilə əlaqə saxlamış və avtomobil kirayə etmişdilər.
Almaniya son aylar bir neçə terror hücumu və əmin-amansızlığın şahidi olubdur.Bu hücumlarda onlarla nəfər ölüb və yaralanıbdır.
Suriyada yerləşən terrorçular xüsusiyyət təşkil etməklə Yaxın Şərqdə terrorçulara köməyin çatdırılmasında əllərindən gələni əsirgəməyən Avropa ölkələri, o sıradan Almaniya hazırda İŞİD terror qrupunun avropalı üzvlərinin geri dönmələri və terror hücumları həyata keçirmələri ilə üzləşirlər.