Ağ Ev Venesuelada iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir
Amerikanın Venesuela məsələləri üzrə xüsusi məsul şəxsi bildirib ki, Vaşinqton Venesuelada hərbi iştirakı bəhanəsilə Rusiyaya sanksiyalar tətbiq etmək fikrindədir.
Amerikanın Venesuela məsələləri üzrə xüsusi məsul şəxsi Elliot Abrams bildirib ki, Ağ Ev Rusiyanın Venesueladakı hərbi iştirakı ilə mübarizə üçün müxtəlif seçimlərə malikdir və bu seçimlərdən biri, iqtisadi sanksiyalardır.
Abrams əlavə edib: Əgər ruslar elə hesab etsələr ki, Venesuelada ixtiyar sahibidirlər, səhvə yol vermiş olarlar.
Bu amerikalı rəsmi iddia edib ki, Venesuelada Rusiya əsgərlərinin sayı çox deyil, amma onların təsir gücü çoxdur.
Rusiya indiyədək dəfələrlə bu ittihamları təkzib edib və qarşılıqlı olaraq, vurğulayıbdır ki, Vaşinqton bir hərbi çevrliliş planlaşdıraraq, Venesuelada hakimiyyəti dəyişdirmək niyyətindədir.