Apr 05, 2019 21:30 Asia/Baku
  • Venesuela Suriyanın ABŞ qarşısındakı müqavimət strategiyasını alqışladı
    Venesuela Suriyanın ABŞ qarşısındakı müqavimət strategiyasını alqışladı

Venesuelanın xarici işlər naziri ölkəsinin Suriyanın ötən 8 ildə üz-üzə olduğu böhrana oxşar ssenari ilə üz-üzə olduğunu bildirərək, dedi: Venesuela Suriyanın imperializm qarşısındakı müqavimət strategiyasından istifadə edəcək.

Suriyanın dövlət xəbər agentliyi SANA-nın bildirdiyinə görə, Xorxe Ariza Dəməşq Universitetində etdiyi çıxışda Venesuela və Suriya xalqlarının oxşar dəyərlərə malik olduğunu deyərək, Suriya xalqının öz müstəqilliyi və milli hakimiyyətini müdafiə üzrə mübarizəsini yüksək qiymətləndirdi.

Venesuelanın xarici işlər naziri ABŞ-ın Venesuela əleyhinə planlarının uğursuz alınmasından qəzəbli olmasına işarə edərək, dedi: ABŞ-ın Venesuela xalqına təzyiq göstərmək və təslim olmağa məcbur etmək üzrə bütün səyləri və sanksiyalarının uğursuz alınması sübut edir ki, Venesuelanın dostları o cümlədən Rusiya, Çin, İran ,Suriya, Serbiya və Belarus xalqları və dövlətlərinin mövqeləri Venesuela xalqının müqavimət ruhiyyəsini gücləndirib.

Teqlər