ABŞ hökumətinin Sepah-a qarşı addımı
https://azeri.sahartv.ir/news/dünya-i338396-abŞ_hökumətinin_sepah_a_qarşı_addımı
ABŞ dövlət katibi İranın rəsmi orqanlarına qarşı düşmənçilik mövqelərinin davamında Vaşinqtonun birbaşa şəkildə terrorçuları himayə etməsinə işarə etmədən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu orqan adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2019 15:27 Asia/Baku
  • ABŞ hökumətinin Sepah-a qarşı addımı
    ABŞ hökumətinin Sepah-a qarşı addımı

ABŞ dövlət katibi İranın rəsmi orqanlarına qarşı düşmənçilik mövqelərinin davamında Vaşinqtonun birbaşa şəkildə terrorçuları himayə etməsinə işarə etmədən İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu orqan adlandırıb.

Mayk Pompeo bu gün bir mətbuat konfransında deyib ki, Vaşinqton İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terrorçu təşkilatlar siyahısına əlavə edib.

ABŞ dövlət katibi Tramp hökumətinin beynəlxalq bir anlaşma olan nüvə anlaşmasından qanunsuz şəkildə çıxmasına işarə etmədən deyib: Ağ Ev-in hədəfi budur ki, İran müzakirə masasına geri dönsün.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı general-mayor pasdar Mohəmməd Əli Cəfəri deyib ki, əgər Amerika bu orqana qarşı ağılsızlıq edərsə, Amerikanın Yaxın Şərqdəki ordu və təhlükəsizlik qüvvələri dinclik üzü görməyəcəklər.