Tramp yalanlar və qeyri-düzgün iddialar sahəsində rekord vurub
https://azeri.sahartv.ir/news/dünya-i339587-tramp_yalanlar_və_qeyri_düzgün_iddialar_sahəsində_rekord_vurub
Bir fakaraşdırıcı qrupun apardığı dəyərləndirmələr göstərir ki, ABŞ prezidenti hər 24 saatdan bir, səkkiz yalan deyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 29, 2019 16:59 Asia/Baku
  • Tramp yalanlar və qeyri-düzgün iddialar sahəsində rekord vurub
    Tramp yalanlar və qeyri-düzgün iddialar sahəsində rekord vurub

Bir fakaraşdırıcı qrupun apardığı dəyərləndirmələr göstərir ki, ABŞ prezidenti hər 24 saatdan bir, səkkiz yalan deyir.

Vaşinqton Post qəzeti bu barədəki reportajında bildirib ki, Tramp indiyədək on min 111 yalan söyləyib və qeyri-düzgün iddia irəli sürübdür.

Bu amerikan media yazıb: Tramp son 601 gündə beş mindən çox yalan deyib və qeyri-düzgün iddia irəli sürüb. Bu, o deməkdir ki, o, orta hesabla hər gün səkkiz yalan deyib və qeyri-düzgün iddia irəli sürübdür.

Vaşinqton Post qəzeti Trampın prezidentliyi başlanandan sonra onun daxili və xarici məsələlər barədə ardıcıl yalan söyləmələri və qeyri-düzgün iddialarına reaksiyada bu yalanlar və iddialara aydınlıq gətirmək üçün "faktaraşdırıcı" adı altında xüsusi bir səhifə açıbdır.