Əlcəzairdə hökumət əleyhinə xalq etirazları davam edir
Əlcəzair xalqı etiraz aksiyası təşkil edərək, hökumət və dövlət qrumlarını vaxt itkisinə yol verməkdə ittiham etdi.
Frans 24 telekanalının bildirdiyinə görə, əlcəzairli aksiya iştirakçıları cümə günü etiraz aksiyasında Əlcəzair ordsu baş qərargah rəisi Əbdülqadir bin Səlahın narazı xalq kütləsiilə dövlət qrumları arasında danışıqların aparılması təklifini vaxt itkisi adlandırıblar.
Aksiya iştirakçıları müvəqqəti prezident Əbdülqadir bin Səlah və baş nazir Nurəddin Bədəvinin istefa verməsini istəyiblər.
Bu iki şəxs istefada olan prezident Əbdüləziz Buteflikaya sadiq şəxslərdirlər.
Əlcəzair xalqı mövcud siyasi quruluşa qarşı etiraz edir.
Əlcəzairdə prezident seçkiləri 14 iyul tarixinə təyin edilib.
Amma, müxalifət bu tarixin çox yaxın olduğunu və şəffaf seçkilər üçün fürsətin olmadığını bildirirlər.
Əbdüləziz Buteflika istefa versə də Əlcəzair xalqı hakimiyyətdə olan və Buteflikaya sadiq bütün şəxslərin hakimiyyətdən getməsini istəyir.