BMT Myanma ordusuna maliyyə yardımlarının kəsilməsini istəyib
BMT-nin faktaraşdırıcı komitəsinin üzvü dünya ictimaiyyətindən istəyib ki, Myanma ordusuna hər cür köməkdən çəkinsin.
Kristofer Sidotti bildirib ki, dünya Myanma ordusuna maliyyə yardımları və dəstəklərini rohincalı müsəlmanların evlərini dağıtmağı, özlərini isə qırğın etməyi davam etdirdiyinə görə, dayandırmalıdır.
Sidotti əlavə edib: Myanma ordusunun Arakan əyalətindəki bəşəriyyətə zidd hərəkətlərinə əsasən, bu ordunun maliyyə, iqtisadi və siyasi əlaqələrini hədəfə almaq gərəkdir ki, həmin orqana təzyiq göstərməklə bölgədəki zorakılıqları azaltmaq mümkün olmuş olsun.
BMT-nin faktaraşdırıcı komitəsinin üzvü deyib: Rohincalı müsəlmanların böhranının həlli və didərginlərin öz ölkələrinə geri dönmələri istiqamətində Myanma hökumətinin addım atması barədə heç bir fakt yoxdur.
Bu komitə ötən ilin sentyabrında Myanma ordusunu bu ölkənin qərbində rohincalı müsəlmanların mənzillərini yandırmaq, qrup halında təcavüzlər və qırğında ittiham etmişdi.