May 21, 2019 16:42 Asia/Baku
  • Nazirlərin kütləvi istefası - Avstriyada
    Nazirlərin kütləvi istefası - Avstriyada

Avstriyanın ifratçı sağçı "Azadlıq" partiyası rəhbərinin rüsvayçılığının ardınca bu partiyadan olan nazirlər kütləvi şəkildə istefa verməyə məcbur olublar.

İRNA-nın bildirdiyinə görə, Avstriya kanslerinin müavini və Azadlıq partiyasının rəhbəri Hayns Kristin Ştraxenin 2017-ci ildə seçki öncəsi təbliğatlar zamanı maliyyə rüsvayçılığına yol verməsinə dair faktların ifşa olunmasının ardınca Azadlıq partiyasına bağlı nazirlər kollektiv şəkildə istefa verməyə məcbur olublar. İstefa verən nazirlər arasında daxili işlər naziri Herbert Kikl, nəqliyyat naziri Corc Liç Froyd, və partiyanın yeni sədri Norbert Hofer də var.

Ştraxe maliyyə rüsvayçılığına dair video-görüntünün yayılmasının ardınca şənbə günü istefa verməyə məcbur oldu.

Almaniya kansleri Sebastiyan Kurts nazirlər kabinetinin dağılmasını nəzərə alaraq, sentyabrda növbədənkənar seçkilərin keçiriləcəyini elan etdi.

Teqlər