May 25, 2019 12:33 Asia/Baku
  • İqlim dəyişikliklərinə etiraz; Dünyanın 120 ölkəsində
    İqlim dəyişikliklərinə etiraz; Dünyanın 120 ölkəsində

Minlərlə avropalı gənc və ətraf mühiti mühafizə fəalı dünyanın 120 ölkəsində iqlim dəyişikliklərinə etiraz olaraq aksiya keçirib.

Cümə günü dünyanın 120 ölkəsində müxtəlif şəhərlər iqlim dəyişikliklərinə etiraz edən gənclərin aksiyasının şahidi olub. Bu məsələ Avropada parlament seçkilərini də təsir altına alıb və seçkilərin nəticəsinə təsirsiz ötüşməyəcək. 

Bu etirazlar cari ilin 15 martından başlayaraq, 16 yaşlı İsveçli aktivist Gerta Tunberqin təşəbbüsü ilə başlanıb. O, bundan öncə böyükləri oyatmaq üçün uşaqların küçələrə çıxmasını istəmişdi. 

Fransada 130 müxtəlif yürüş planlaşdırılıb. Və çoxlu sayda məktəbli və tələbə cümə günü Parisdə küçələrə axın edib. 

Paris və Berlin ilə yanaşı Brüssel, Praqa, Lisabon, Madrid və Köln şəhərlərində də oxşar aksiyalar keçirilib. 

Norveçdə baş nazir də aksiya iştirakçılarına qatılıb. Carilin 15 martında iqlim dəyişikliklərinə etiraz olaraq keçirilən ilk yürüşdə 123 ölkədə  1.6 milyon nəfər iştirak etmişdi. 

Cümə günü yürüşlərinin təşkilatçıları dünyada 1.4 milyon insanın bu yürüşlərə qatıldığını bildiriblər. 

Parnik qazlarının sürətlə yayılması prosesi gələn ilə kimi durdurulmalı və gələn ildən etibarən bu proses getdikdə azalmalıdır. Yalnız bu şəkildə iqlim dəyişiklikləri və onun zərərli nəticələrini önləmək olar. 

Teqlər