İyun 02, 2019 13:52 Asia/Baku
  • Sanders Trampın impiçment edilməsinin ilkin araşdırılmasını istəyib
    Sanders Trampın impiçment edilməsinin ilkin araşdırılmasını istəyib

Müstəqil senator və 2020-ci il Amerika prezident seçkilərinin ilkin namizədi bu ölkə konqresinin nümayəndələr palatasının məhkəmə komitəsindən istəyibdir ki, Trampın impiçment edilməsinin ilkin araşdırılmalarına başlasın.

Berni Sanders öz seçki kampaniyasında vurğulayıb ki, nə bu prezident, nə də ki, heç bir digər prezident qanundan yuxarı deyildir. O, deyib ki, Donald Tramp cavabdeh olmalı və bu ölkə konqresinin nümayəndələr palatasının məhkəmə komitəsi impiçmentin suallarının araşdırılmasına başlamalıdır.

Bu amerikalı senator əlavə edib: Bu sahədə konqresin nümayəndələr palatasının sədri Nensi Pelosinin işi asan olmayacaq, zira bu addım məsələni aydınlaşdırmaq üçündür. Əlbəttə, Trampın impiçmentin mövzuları qarşısında özünümüdafiə haqqı var.

Amerikada aparılmış son rəy sorğusunun nəticələri göstərir ki, demokratların yetmiş faizi bu ölkə prezidentinin impiçment edilməsini himayə edir.

Teqlər