Albaniyada anti-hökumət aksiyası davam edir
İyun 03, 2019 16:23 Asia/Baku
Albaniya hökumətinin müxalifləri bir daha paytaxt Tiranada aksiya keçirərək, bu ölkənin baş nazirinin istefa verməsini tələb ediblər.
Albaniya hökumətinin müxalifləri dünən gecə baş nazirlik ofisinin önünə toplaşaraq, bu ölkənin baş naziri Edi Ramaya qarşı şüarlar veriblər.
Albaniya son aylar Edi Rama müxaliflərinin aksiyaları səhnəsinə çevrilibdir.
Aksiyaçılar Albaniya baş nazirinin hakimiyyətdən kənara çəkilməsi və ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün müvəqqəti hökumətin təşkilini istəyirlər.
Alban etirazçılar bu ölkənin hökuməti və baş nazirini korrupsiyada və mütəşəkkil cinayətlərlə əlaqədə ittiham edirlər.
Albaniyanın baş naziri Edi Rama 2013-cü ildən hakimiyyətdədir.