Putin "Start" paktının dağılması haqda xəbərdarlıq edib
Rusiya prezidenti nüvə silahlarına nəzarət sisteminin və ya "Start" paktının dağılması ehtimalı haqda xəbərdarlıq edib.
Rusiya prezidenti Vladimir Putin bu gün xəbərdarlıq edib ki, nüvə silahlarına beynəlxalq nəzarət sisteminin və ya "Start" paktının dağılması haqda nəzərəçarpacaq təhlükə mövcuddur.
Putin deyib: Rusiya ilə Amerika arasında nüvə silahlarına beynəlxalq nəzarət sistemi paktının "Yeni Start" adı altında uzadılması haqda Moskva-Vaşinqton danışıqları hələ başlamayıbdır və Rusiyanın müdafiə sistemləri bu ölkəni qorumağa yetər və Moskva "Start" paktının uzadılması üçün bir icbarilik görmür.
Putin vurğulayıb: Əgər Amerika bu paktı uzatmaq istəməzsə, Rusiya da ondan kənara çəkiləcəkdir.
Rusiya prezidenti bu ölkənin ABŞ daxil olmaqla Qərb ölkələrinin seçkilərinə müdaxiləsi barədəki iddialar haqda vurğulayıb ki, Moskva nə keçmişdə digər ölkələrin seçkilərinə qarışmayıb, nə də ki, gələcəkdə belə bir iş görməyəcəkdir.
Rusiya ilə Amerika arasında bağlanmış "Yeni Start" müahidəsi 2009-cu ildə etibardan düşmüş qədim "Start" paktını əvəz edibdir.
"Yeni Start" müahidəsinə əsasən, Rusiya və ABŞ-ın nüvə başlıqlarının sayı hazırkı 2500 ədəddən 1550-ə azalacaqdır.