Trampdan Pelosiyə qarşı şifahi atışma
-
qarşı şifahi atışma
Amerika Birləşmiş Ştatlarının prezidenti bu ölkə konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosiyə qarşı şifahi hücumunun davamında onu çirkin, küdurətli və qorxunc bir şəxs adlandırıbdır.
Donald Tramp Amerikada Foks-Nyus telekanalı ilə müsahibədə deyib: Hesab edirəm ki, Pelosi bir biabırçılıqdır. Mən həqiqətən onun istedadlı bir insan olduğunu düşünmürəm.
Tramp iddia edib: Mən Pelosi ilə münasibətlərimizin yaxşı olmasına çalışdım, zira onunla razılaşmalar əldə etmək istəyirdim, amma o, razılaşmaq qüdrətinə malik deyildir.
ABŞ prezidenti sonra bu ölkə konqresinin nümayəndələr palatasının sədrini çirkin, küdurətli və qorxunc bir adım adlandırıb və iddia edib ki, özünün seçki pozuntuları üzrə xüsusi müfəttişin hesabatı demokratlar üçün bir faciə oldu.
Nensi Peloisi də ötən çərşənbə günü ABŞ konqresinin nümayəndələr palatasının məhkəmə komitəsinin sədri Ceri Nadler və konqresdəki digər yüksək çinli demokratları ilə iclasda deyib: Mən Trampın impiçment olmasını görmək istəmirəm. Mən onu həbsxanada görmək istəyirəm.