Amerika bir daha Hindistanı hədələyib
https://azeri.sahartv.ir/news/dünya-i342408-amerika_bir_daha_hindistanı_hədələyib
ABŞ dövlət departamenti dünən bir daha Rusiyadan S-400 raket sistemi alması haqda Hindistana xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2019 08:24 Asia/Baku
  • Amerika bir daha Hindistanı hədələyib

ABŞ dövlət departamenti dünən bir daha Rusiyadan S-400 raket sistemi alması haqda Hindistana xəbərdarlıq edib.

ABŞ dövlət katibinin bu ölkə konqresinin nümayəndələr palatasının xarici işlər komitəsində Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin müavini Alis Vels deyib: Rusiyadan S-400 raket sisteminin alınması Vaşinqton-Yeni Dehli hərbi əlaqələrinin azalmasına səbəb olacaq.

Vels əlavə edib: Hindistan hərbi silahların alınmasında strateji seçimə malik olmalıdır.

Vaşinqtonun Yeni Dehliyə qarşı xəbərdarlıqları elə bir halda artmaqdadır ki, Hindistan xarici işlər nazirliyi ötən həftə bildirdi ki, Rusiyadan S-400 raket sisteminin alınmasından vaz keçmək üçün heç bir proqrama malik deyildir.

Hindistan hökuməti Rusiyadan 5,43 milyard dollar dəyərində beş ədəd S-400 raket sistemi satın alıbdır.