İstilər nəticəsində onlarla Hindistan vətəndaşı həyatını itirib
Medialar Hindisanın müxtəlif məntəqələrində güclü istilər nəticəsində əlliyə yaxın vətəndaşın ölümündən xəbər veriblər.
Hindisanın müxtəlif məntəqələrində güclü istilər son bir sutka ərzində azı 49 nəfərin ölümünə səbəb olubdur ki, yerli məsul şəxslərin bildirdiklərinə görə, ən çox tələfat dünən gecəyə aiddir və bu gün sübh də digər bir qrup gün vurmuş insan həlak olubdur.
Məlumatlara əsasən, Hindistanın Bihar əyalətində hərarət digər nöqtələrdən çox olub- əlli dərəcə selsi. Yağışın az olmasından irəli gələn quraqlığa görə, tələfat artmaqdadır.
Daxil olan məlumatlara görə, Hindistanda hərarətin şiddəti həmçinin çoxlu sayda vətəndaşın xəstəxanaya köçürülməsinə bais olubdur. Belə ki, onlardan qırx nəfərin vəziyyəti ağırdır və tələfatın artması ehtimalı var.
2015-ci ildə istilərin şiddəti bütün Hind yarımqitəsində 3500 nəfərin həyatına son qoydu.