Rusiyada bir təyyarənin təcili eniş etməsi nəticəsində 9 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/dünya-i343173-rusiyada_bir_təyyarənin_təcili_eniş_etməsi_nəticəsində_9_nəfər_ölüb_və_yaralanıb
Rusiyanın şərqində bir sərnişin təyyarəsinin təcili eniş etməsi nəticəsində onun iki pilotu həlak olub, yeddi nəfər də yaralanıbdır.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 27, 2019 09:03 Asia/Baku
  • Rusiyada bir təyyarənin təcili eniş etməsi nəticəsində 9 nəfər ölüb və yaralanıb

Rusiyanın şərqində bir sərnişin təyyarəsinin təcili eniş etməsi nəticəsində onun iki pilotu həlak olub, yeddi nəfər də yaralanıbdır.

Rusiyanın Buryatiya Muxtar Respublikası prezidentinin mətbuat xidməti bildirib ki, "Antonov-24" tipindən olan bu sərnişin təyyarəsi həmin muxtar respublikanın şimalında yerləşən Nijneanqarsk şəhərinin hava limanına təcili eniş edib. Yerdə qalan sərnişinlər, o cümlədən 42 nəfər və bir uşaq xilas olubdur.

Bu məlumata görə, "Anqara AİR Layner" aviaşirkətinə məxsus olan bu sərnişin təyyarəsi bu gün səhər Nijneanqarsk şəhərinin hava limanından qalxaraq, Buryatiya Muxtar Respublikasının mərkəzi olan Ulan-Ude şəhərinə doğru uçmuşdu.

İlkin məlumatlara görə, təyyarə eniş edərkən uçuş zolağından çıxaraq, bir binaya dəyib və nəticədə təyyarə yanğına düçar olubdur.