Tiflisdə tanınmış gürcü iranşünasın anım mərasimi keçirilib
-
Tiflisdə tanınmış gürcü iranşünasın anım mərasimi keçirilib
Tiflis dövlət universitetində tanınmış gürcü iranşünas Aleksandr Qvaxariyanın anım mərasimi keçirilib. Mərasimdə onun elmi xidmətləri yüksək dəyərləndirilib.
Dünən keçirilən bu mərasimdə İran İslam Respublikasının Tiflisdəki mədəniyyət attaşesi Həmid Mostəfəvi, Tiflis dövlət universitetinin iranşünaslıq kafedrasının müdiri, həmçinin iranşünaslıq ixtisası üzrə müəllim və tələbə heyəti iştirak ediblər.
İran İslam Respublikasının Tiflisdəki mədəniyyət attaşesi İran və Gürcüstanın mədəni və ədəbi münasibətlərinə toxunaraq, gürcü iranşünaslar və universitet işçilərinin bu əlaqələrin qurulması və möhkəmləndirilməsindəki təsirli rollarını mühüm və təsiredici adlandırıbdır.
O, əlavə edib: İran ictimaiyyətinin gürcü iranşünasların xidmətləri və əsərləri ilə tanış olması üçün kitab formasında bir tədqiqat çap edilərək, gənc gürcü iranşünaslar nəslinə və iki ölkənin elmi ictimaiyyətinə təqdim olunmalıdır.
Tanınmış gürcü iranşünas, Avropa İranşünaslar Cəmiyyətinin üzvü Aleksandr Qvaxariya 2002-ci ildə vəfat edibdir.