İyul 02, 2019 19:08 Asia/Baku
  • Əlcəzairin parlament sədri istefa verib
    Əlcəzairin parlament sədri istefa verib

Əlcəzairin parlament sədri onun bu vəzifədə olmasına qarşı geniş xalq etirazlarına cavab olaraq istefa verib.

Əlcəzair parlamentinin sədri Muad Buşarib elə bir halda istefa veribdir ki, Əlcəzairdə bu ölkənin kənarlaşdırılmış prezidenti Əbduləziz Butəfliqə dövrünün yüksək vəzifəli rəsmilərinin keçid dövlətinin idarə olunmasından kənara çəkilmələri tələbi ilə keçirilən xalq etirazları beşinci aya daxil olubdur.

Əlcəzairlilər vurğulayırlar ki, Butəfliqə dövrünün simaları keçid mərhələsinin güc strukturlarında olmamalıdırlar. Onlar bu məqsədlə hər həftə aksiya keçirirlər.

Əbduləziz Butəfliqə bu ilin fevralında bildirdi ki, beşinci dəfə dalbadal prezident seçkilərinə namizəd olacaq, amma geniş xalq etirazları ilə aprel ayında özünün bu qərarından vaz keçərək, istefa verməyə məcbur oldu.

Teqlər