Rusiya İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib
https://azeri.sahartv.ir/news/dünya-i343635-rusiya_İran_ilə_ərəb_ölkələri_arasında_dialoqa_dəstək_verib
Rusiya xarici işlər naziri İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 04, 2019 06:50 Asia/Baku
  • Rusiya İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib
    Rusiya İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib

Rusiya xarici işlər naziri İran ilə ərəb ölkələri arasında dialoqa dəstək verib.

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən deyib: İran və ərəb ölkələrinin region sabitliyi və təhlükəsizliyi sahəsindəki danışıqları zəruri bir mövzudur.

Lavrov vurğulayıb ki, bu danışıqlar İran və ərəb ölkələri arasında etimadın yaradılması və təhlükəsizlik sahəsində şəffaflıq istiqamətində keçirilsin.

Qərbi Asiyadakı bəzi ərəb ölkələri Ağ Ev-in və sionist rejimin siyasətləri ilə paralel surətdə hərəkət edirlər.

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bundan öncə Küveytdə çıxan "Əlrəy" qəzetində bir məqalə yayaraq təklif etdi ki, ifratçılıq və terrorizm kimi iki "xərçəng fenomeni"nin aradan qaldırılması daxil olmaqla bölgə problemlərinin həllinə kömək üçün Qərbi Asiyada "Regional Dialoq Assambleyası" təşkil edilsin.