Amerikalılar Trampın anti-miqrasiya münasibətinə etiraz ediblər
Onlarla nəfər Trampın bu ölkənin cənub sərhədlərində mühacir uşaqların valideynlərindən ayrılması üzrə insanlığa zidd siyasətinə etiraz olaraq, aksiya keçirib.
Bu aksiya Manhettendəki ən böyük metro stansiyasında keçirilib və qəfəsdəki uşaqların şəkilləri və yazıları nümayiş etdirilibdir.
Etirazçılar uşaqların həbs edilmələrini bir şeytan əməli hesab edərək vurğulayıblar: Daxili təhlükəsizlik nazirliyi, polis və sərhəd məmurları rasist, ksenofob və insana qarşıdırlar.
Aksiyaçılar "Uşaqları azad edin!" şüarı verərək, miqrant uşaqların qəfəsdən azad edilmələrini istəyiblər.
ABŞ-ın Oreqon ştatından olan demokrat senator Ceff Merkli də dünən sərhəd təcridxanalarının miqrant uşaqlar üçün olan şəraitini tənqid edərək, bildirib ki, Amerika Donald Trampın prezidentliyi dövründə bu ölkə tarixində ən böyük uşaq məhbəsinin sahibi olubdur.