İyul 19, 2019 13:41 Asia/Baku
  • Müsəlman konqresmen: Tramp faşistdir

Amerika prezidentinin İlhan Öməri tənqid etməsinin ardınca bu demokrat nümayəndə ABŞ prezidentini faşist adlandırıb. Amerika prezidentinin həmin sözləri həmçinin İlhan Ömərin tərəfdarlarının təhqiredici sözləri ilə üzləşibdir.

ABŞ konqresinin nümayəndələr palatasının müsəlman üzvü İlhan Ömər dünən deyib: Amerika prezidenti Donald Tramp rasistdir. Onun rasistcəsinə sözlərini pisləmişik və hazırda mənə elə gəlir ki, o, faşistdir.

İlhan Ömər əlavə edib: Amerikada bu ölkənin bir hissəsinə çevrilmək istəyən hər bir kəs başa düşür ki, bu prezidentdən heç bir şeyi qəbul etməməlidir. Biz hər bir digər şəxs kimi amerikalıyıq. Bu, bizim ölkəmizdir və biz ona mənsubuq.

İlhan Ömər ABŞ konqresinin nümayəndələr palatasının demokrat üzvlərindəndir. O, son zamanlar Trampın söz hücumlarına məruz qalıbdır.

Donald Tramp bazar günü bir neçə twitt-də rənglidərili qadınlara xitabən deyib: Əgər Amerikaya nifrət edirlərsə, öz ölkələrinə geri dönməlidirlər.

Trampın bu sözləri Amerikada böyük səs-küyə səbəb olubdur.

Teqlər