İyul 22, 2019 16:58 Asia/Baku
  • Londonda Şeyx Zəkzakiyə dəstək aksiyası keçirilib
    Londonda Şeyx Zəkzakiyə dəstək aksiyası keçirilib

İngilis fəallar Nigeriya islami hərəkatı rəhbərinin azad edilməsini istəyiblər.

İngilis aktivistlər dünən Londonda aksiya keçirərək, Nigeriya islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakiyə öz dəstəklərini elan ediblər.

Bu siyasi fəallar əllərində plakatlar tutaraq, Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi və müalicə olunmasını istəyiblər, zira yayılan məlumatlar onun səhhətinin ağır olmasından xəbər verir.

Əldə olunan məlumatlara görə, Şeyx Zəkzakinin cismani durumu olduqca həssasdır və 2015-ci ildə keçidrdiyi əməliyyata görə, ciddi ziyan çəkibdir.

Şeyx Zəkzaki Nigeriya qüvvələrinin 2015-ci ildə Kaduna əyalətindəki Zaria şəhərinin hüseyniyyəsinə qarşı qanlı hücumunda yaralanıb və həbs olunub.

Nigeriya ali federal məhkəməsi bir il bundan öncə bir hökmdə bildirdi ki, Şeyx Zəkzaki azad olunmalı və ona və həyat yoldaşına vurulmuş xəsarətin kompensasiyası ilə bağlı 120 min dollar ödənilməlidir, amma ABŞ, ərəbistan və sionist rejimin təzyiq tətbiq etmələrinə görə, Nigeriya hökuməti bu hökmün icrasına mane olubdur.

Nigeriya islami hərəkatının rəhbəri hazırda həkimə, müalicəyə və əlaqə yoluna əlçatma olmadığına görə, həyat yoldaşı ilə yanaşı həbsdə qalmaqda davam edir.

Teqlər