MAQATE-nin Fars Körfəzində gərginliyin artmasına reaksiyası
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bildirib ki, Fars Körfəzi bölgəsi və Hörmüz boğazı olaylarına yaxından nəzarət edir və lazım olan təqdirdə hərəkətə keçməyə hazırdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bir bəyanatda vurğulayıb ki, Hörmüz boğazı vasitəsilə enerjinin azad şəkildə ötürülməsi haqqı dünya iqtisadiyyatı üçün həyatidir və bu ötürmə azadlığı qorunmalıdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Fars Körfəzi bölgəsində gərginliyin şiddətlənməsinə görə, neftin dünya qiymətinin artması haqda belə deyib: Hörmüz boğazında xam neftin təqdimi sahəsində gərginliklərin davam edəcəyi təqdirdə, fövqəladə ehtiyatların sorağına getmək lazımdır ki, bir müddət bazarın ehtiyacı təmin edilmiş olsun.
Fars Körfəzi bölgəsində gərginliyin artmasının ardınca neftin dünya qiyməti artmaqdadır.
Amerika son aylarda İrana qarşı təzyiqi şiddətləndirmək məqsədilə özünün Fars Körfəzi bölgəsindəki hərbi iştirakını artırıbdır və İngiltərə kimi müttəfiqlərinin müşayiət etmələri ilə təhrikedici hərəkətlərə əl atır.